“ASAN xidmət”dən daha bir yenilik

“ASAN xidmət”dən daha bir yenilik

Ümumvətəndaş pasportları qeydiyyat məhdudiyyəti olmadan “ASAN xidmət” mərkəzlərində veriləcək.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, 3 noyabr 2015-ci il tarixindən etibarən Azərbaycan Respublikasının vətəndaşları ölkə üzrə qeydiyyat məhdudiyyəti olmadan istənilən “ASAN xidmət” mərkəzlərinə müraciət edərək ümumvətəndaş pasportlarını verilməsi və dəyişdirilməsi xidmətindən yararlana biləcəklər.

Vətəndaşlar "ASAN xidmət" mərkəzlərində göstərilən xidmətlər barədə ətraflı məlumatı 108 Çağrı mərkəzi, www.asan.gov.az internet və sosial şəbəkələrdəki rəsmi səhifələrdən əldə edə bilərlər.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.

Xəbər 596 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR