"Arsenal"ın keçmiş futbolçusu Qazaxıstanda mükafat aldı

  • İDMAN

"Zenit", "Arsenal" və Rusiya millisinin eks-futbolçusu Andrey Arşavin Qazaxıstanda 2016-cı ilin futbolçusu seçilib.
 
Goal.az xəbər verir ki, "ProSports" nəşrinin idman jurnalistləri arasında apardığı sorğuda "Kayrat"ın yarımmüdafiəçisi birinci olub. Ötən mövsüm "Kayrat"ın heyətində Qazaxıstan vitse-çempionu olan Arşavin 37 oyuna 11 qol vurub. Daha öncə Qazaxıstan çempionatında iştirak edən klubların baş məşqçiləri və oyunçuları arasında keçirilən səsvermədə Arşavin ikinci olmuşdu.
Xəbər 648 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR