Argentinada “Uber” taksi xidmətindən istifadəyə məhdudiyyət tətbiq edib

Argentinada “Uber” taksi xidmətindən istifadəyə məhdudiyyət tətbiq edib
  • DÜNYA

Buenos-Ayres Şəhər Məclisində "Uber” taksi xidmətindən istifadənin məhdudlaşdırılmasını nəzərdə tutan qanun qəbul edilib. 


"Report” TASS-a istinadən xəbər verir ki, sərnişinləri təhlükəyə məruz qoyanlara qarşı tədbir olduğu iddia edilən sənədin lehinə 39, əleyhinə isə 11 nəfər səs verib. 

Qanun "Uber”dən istifadə edən sürücülərin 7 gündən 30 günədək müddətə sürücülükdən kənarlaşdırılmasını, həmçinin 200 minədək peso (5500 ABŞ dolları) məbləğində cərimələnməsini ehtiva edir.

Qeyd edək ki, "Uber” Argentinanın paytaxtı Buenos-Ayres şəhərində 2016-cı il aprel ayından fəaliyyətə başlayıb. Həmin ay taksi sürücüləri həmkarlar ittifaqının iddiasını araşdıran məhkəmə şəhər hökumətinə bu xidmətin fəaliyyətini dayandırmaq mükəlləfiyyəti qoyan qətnamə çıxarıb. Lakin "Uber” bu qətnaməyə tabe olmayacaqlarını bildirib.

 
Aktual.az
Xəbər 246 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR