Ardanın transfer qiyməti açıqlandı

Ardanın transfer qiyməti açıqlandı
  • İDMAN

"Barselona"nın yarımmüdafiəçisi Arda Turan yanvarda komandasını dəyişəcək.

Aktual.az apasport.az-a istinadən xəbər verir ki, türkiyəli futbolçunu transferə çıxaran kataloniyalılar onun qiymətini də açıqlayıblar.
"Arsenal" və "Monako"nun yaxından maraqlandığı 31 yaşlı oyunçunu "Beşiktaş" icarəyə götürməyə çalışsa da, "Barsa" buna razılıq verməyib. Çünki İspaniya nəhəngi Türkiyə millisinin kapitanını satmağı planlaşdırır. Kataloniyalılar müqavilə müddəti 2020-ci ilə qədər olan ulduz futbolçu üçün 12 milyon avro tələb edir.

Qeyd edək ki, Arda Turan "Barselona"ya 2015-ci ildə 40 milyon avro müqabilində "Atletiko"dan keçib.
Xəbər 525 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR