Aptek sahiblərinə hökm oxundu

Aptek sahiblərinə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək güclü təsiredici zərərli maddələri qanunsuz satmaqda təqsirləndirilən İlkin Məmmədov və Günel İslamovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə İ.Məmmədov 1 il müddətinə azadlıqdan məhrum edillib, G. İslamova barəsində isə sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.
Qeyd edək ki, Sabunçu rayonu Maştağa qəsəbəsində fəaliyyət göstərən aptekin sahibi İlkin Məmmədov və Günel İslamova şəhər prokurorluğunun əməkdaşları tərəfindən saxlanılıb.
Cinayət Məcəlləsinin 240.2.2-ci (narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma, təkrarən törədildikdə) maddəsi ilə ittiham elan edilib.
İttihama görə, hər iki şəxs qanunsuz olaraq narkotik vasitələr və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən dərmanların satışı ilə məşğul olublar.
 
Aktual.az
Xəbər 627 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR