Aparıcı canlı yayımda baş verənlərə aydınlıq gətirdi

Aparıcı canlı yayımda baş verənlərə aydınlıq gətirdi

ATV-nin xəbər proqramının aparıcısı Ceyhun Səfərov ötən gün efirdə yaranmış texniki qüsurlarla bağlı açıqlama verib.

Ölkə.Az-ın məlumatına görə, Səfərov bu halın istənilən telekanalda baş verə biləcəyini bildirib:

“Dostlar, dünən ATV-nin saat 20:30 buraxılışında baş verən texniki qüsur hər bir kanalda ola bilər. Bu, qaçılmaz hadisədir. Sığortalanmaq olmaz. Bu heç də yazıldığı kimi, “tilsim”ə düşmək deyil. Gördüyünüz bu efir heyətimizlə istənilən texniki qüsura qalib gələ bilərik. Amma bir daha tamaşaçılara təşəkkür edirəm. Çünki daim izlədikləri kanalda xırda bir nasazlıq onları da narahat edir, dərhal maraqlandırır. ATV-yə baxıldıqca, baxılır. Efirdə texniki qüsur olsa belə. Gələn efirlərimizdə görüşənədək. Bu gün saat 18:00-da da görüşünüzə gələcəm. Siz kanalı dəyişməyin. Çünki dünən baxa bilmədikləriniz bu gün sizin TV-nin ekranına gələcək. Çox sağ olun!”.
Qeyd edək ki, Ceyhun Səfərov həmçinin ATV-nin xəbərlər proqramının redaktorlarından biridir.

Xəbər 657 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR