"Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihəsi qəbul edildi


Milli Məclis bu gün keçirilən plenar iclasında "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib.

Aktual.az Trend-ə istinadən bildirir ki, layihəyə görə, antidempinq rüsumları qiymətlə bağlı öhdəliklərin qəbul edilməsi halı istisna olmaqla, dempinqli və yerli istehsal sahəsinə zərər vuran bütün idxallara ayrı-seçkilik qoyulmadan tətbiq edilir.

Antidempinq rüsumunun dərəcəsi baxılan malın fərdi dempinq marjası üçün seçilmiş ixracatçılarına və ya xarici istehsalçılarına münasibətdə müəyyən olunmuş çəkili orta dempinq marjasından artıq olmamalıdır.

Əgər baxılan malın xarici istehsalçısı və ya ixracatçısı araşdırma orqanına araşdırmanın aparılması üçün zəruri məlumatları təqdim etməkdən imtina edərsə və müəyyən olunmuş müddətdə məlumatları təqdim etməzsə, onda araşdırma orqanında olan məlumat əsasında hesablanmış ən yüksək antidempinq rüsumu tətbiq edilməlidir.

Xəbər 478 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR