ANS ÇM radiosunun lisenziyasına xitam verildi - Səbəb

ANS ÇM radiosunun lisenziyasına xitam verildi   - Səbəb

“Şurada ANS ÇM-ə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul olunub”. 

Aktual.az Apa-ya isti nadən xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

O bildirib ki, buna səbəb kimi ANS ÇM radiosunun yayımı zamanı bir neçə dəfə qanunvericiliyin tələblərinin pozulması hallarını göstərilib: “Qanunda da göstərilib ki, əgər 3 dəfə məsuliyyət tədbiri tətbiq olunursa, Teleradio Şurası onun yayımını dayandıra bilər”.

MTRŞ sədri qeyd edib ki, “ANS Müstəqil Yayım və Media” Şirkətinə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəməyə müraciət olunacaq.

Xəbər 421 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR