ANS-in daha bir verilişi bağlandı

ANS-in daha bir verilişi bağlandı

ANS telekanalının daha bir verilişi yayımını dayandırıb.
Aktual.az-ın Lent.az-a istinadən məlumatına görə, telekanalın sosial gündəmi əhatə edən “Xəbərsizsiniz” proqramı bu gündən efirə getməyəcək.

Xatırladaq ki, “Xəbərsizsiniz” verilişi aparıcı Murad Əzimzadənin təqdimatında, həftənin cümə günləri saat 14:00-da yayımlanırdı. Proqramın ilk efir günü 2014-ci il sentyabrın 19-u olmuşdu. 1 il 4 ay yayımlanan verilişə nazirlik nümayəndələri, millət vəkilləri də dəvət edilirdi.

Qeyd edək ki, ANS telekanalından verilən məlumata görə, “Şoubiz”, “İç Xəbər”, “İtibucaq” və “Düzbucaq” verilişləri də yayımını dayandırıb.

Xəbər 657 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR