Angela Merkelin Cənubi Qafqaz regionuna rəsmi səfəri başlayıb

Angela Merkelin Cənubi Qafqaz regionuna rəsmi səfəri başlayıb

Almaniya kansleri Angela Merkel Gürcüstanda rəsmi səfərdədir. 

"Report” "Sputnik Georgia"ya istinadən xəbər verir ki, onu Tbilisi beynəlxalq hava limanında Gürcüstanın xarici işlər naziri David Zalkaliani və bu ölkənin Almaniyadakı səfiri Elquca Xokrişvili qarşılayıblar. 
A.Merkelin Gürcüstanın baş naziri Mamuka Baxtadze və prezident Giorgi Marqvelaşvili ilə görüşü nəzərdə tutulub. 
Qeyd edək ki, Almaniya kansleri Gürcüstandan sonra Ermənistan və Azərbaycana da səfər edəcək. 
 
Aktual.az
Xəbər 440 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR