Angela Merkel Ukraynaya səfər edəcək

Angela Merkel Ukraynaya səfər edəcək
  • DÜNYA

 Almaniya kansleri Angela Merkel noyabrın 1-də Ukraynaya səfər edəcək.


Bu barədə "Report" "İnterfaks-Ukrayna"ya istinadən məlumat verir.

Səfər zamanı Almaniya kansleri Ukrayna Baş naziri Vladimir Qroysmanla iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etmək niyyətindədir.

Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşdə isə A.Merkel ikitərəfli münasibətləri, Ukraynanın şərqindəki münaqişəni və Minsk razılaşmalarının həyata keçirilməsini müzakirə edəcək.

Həmçinin Almaniya kansleri Ali Radanın deputatları və tələbələrlə görüşəcək.

Xatırladaq ki, A.Merkel gələcəkdə kansler vəzifəsinə namizədliyini irəli sürməyəcəyini, eləcə də Bundestaq və digər siyasi vəzifələrə seçkilərdə iştirak etməyi planlaşdırmadığını açıqlayıb.

 
Aktual.az
Xəbər 282 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR