Anar Nəcəfli sürücüləri suçladı — "Problem yollarda yox, sürücülərdədir"

Anar Nəcəfli sürücüləri suçladı —

İki gündür yağan qar ölkədə əksər yollarda hərəkəti iflic edib.

İnsanlar mənzil başına vaxtında çata bilmir, sosial şəbəkələrdə müvafiq qurumların lazımi tdbirləri almadıqları qeyd edilir. 

Qarlı hava şəraiti ilə əlaqədar müvafiq qurumun aldığı tədbirlərlə bağlı "Azəravtoyol" ASC-nin mətbuat katibi Anar Nəcəfli Ölkə.Az-a bildirib ki, yollarda heç bir problem yoxdur və yaranan problemlərin səbəbi sürücülərin xəbərdarlıqlara məhəl qoymamalarından irəli gəlir:


"Hava şəraiti ilə əlaqələr olaraq qabaqlayıcı tədbirlər görülür, texnikalarımız ərazidə işləyir. Yollarda heç bir problem yoxdur. Problem sürücülərdədir. Necə olur ki, 10 maşından 7-8-i normal hərəkət edir, ancaq 1-2 maşın sürüşə-sürüşə qalır? Çünki sürücülər edilən xəbərdarlıqlara məhəl qoymurlar, təkərləri, şinləri dəyişmirlər.

Heç bir yolda problem yoxdur. Sürücülər problemlər yaradırlar, nəticədə isə sıxlıq, tıxac yaranır".
 
Aktual.az
Xəbər 325 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR