Almaniya Bundestaqı qondarma `erməni soyqırımı` ilə bağlı qətnaməni qəbul edib.
7News.az xarici KİV-ə istinadən xəbər verir ki, alman deputatlardan biri nəfər qətnamənin əleyhinə səs verib, bir deputat isə bitərəf olub. Qeyd edək ki, qətnamə “101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması” adlanır.
Məsələyə sərt münasibət bildirən ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev bu faktorun iki ölkə arasındakı münasibətlərə ciddi təsir edəcəyini dedi: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Keniyadan vediyi açıqlama bu qərarın Almaniya və Türkiyə arasında əlaqələrə ciddi mənada təsir edəcəyini vurğulayıb. Eyni zamanda, Türkiyənin baş naziri Binali Yıldırım Almaniya Bundestaqının “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul etməsinə reaksiya bildirib. O qeyd edib ki, Türkiyə əsla bu qərarı qəbul etmir. Əslində Prezident İlham Əliyev bir neçə ay öncə Almaniya Bundestaqının digər ölkələrin daxili işlərinə qarışmasını sərt şəkildə tənqid etmişdi. Bu bilavasitə prezidentin siyasi gedişatı necə dəqiq ifadə etməsini bir daha sübüt etmiş oldu. Bu qərar Türkiyəyə informasiya təzyiqi etmək üçün qəbul olunub. Türkiyə güclü və qüdrətli dövlətdir. Belə addımla Türkiyəni sarsıtmaq və qorxutmaq mümkün deyil. Amma bu ikitərəfli münasibətlərə mənfi təsir göstərəcək. Bundan sonra Angela Merkel Ərdoğana necə zəng edib, nəisə xahiş edəcək? Amma bundan sonra xahiş etməli çox şey olacaq. Bu məsələdə itirən Almaniya olacaq. Erməni dığalarına görə Türkiyə ilə münasibətləri gərginləşdirmək Almaniyanın siyasi mənzərəsini hansı səviyyədə olduğunu göstərdi. Hesab edirəm ki, biz də bu məsələdə Türkiyənin yanında olaraq öz mövqeyimizi nümayiş etdirməliyik. Almaniyanın erməni “sevdası” başlarında çatlayacaq”