Almaniyadan Danimarkaya 8 milyardlıq tunel tikiləcək

Almaniyadan Danimarkaya 8 milyardlıq tunel tikiləcək
  • DÜNYA

Almaniya hökuməti ölkəni Danimarka ilə birləşdirəcək və dəyəri 8 milyard dollardan çox olacaq tunelin tikinti layihəsini təsdiq edib.

Aktual.az "Report"a istinadən bildirir ki, bu barədə cümə günü "Reuters" agentliyi məlumat yayıb.
Dənizin dibi ilə Danimarka və Almaniyanı ayıran Ferman-Belt boğazından keçəcək tunel 19 km. uzunluğunda olacaq. Onun Almaniyanın Femarn adası il Danimarkanın Lollan adası arasında çəkilməsi nəzərdə tutulur. Tikintiyə icazəni Almaniyanın Şlezviq-Qolşteyn federal torpağının Nəqliyyat Nazirliyi verib. Danimarka hökuməti layihəni 2015-ci ildə təsdiq edib.Tunelin daxili ilə hər iki istiqamətdə hərəkət üçün dördzolaqlı avtomol yolu və dəmiryolu xətti keçəcək. Plana görə tikinti işləri 2024-cü ildə başa çatmalıdır.
 
Aktual.az
Xəbər 336 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR