Almaniyada 70 kiloluq bombanı zərərsizləşdiriblər

Almaniyada 70 kiloluq bombanı zərərsizləşdiriblər

Almaniyanın Heretsrid şəhərində İkinci Dünya müharibəsindən qalan 70 kiloluq bombanı zərərsizləşdiriblər.

Aktual.az Trend-ə istinadən bildirir ki, bombanı ekskavator sürücüsü torpağı qazarkən tapıb və dərhal polis əməkdaşlarına xəbər verib. Bombanın zərərsizləşdirilməsi 19 saat çəkib.

Qeyd edək ki, 2016-cı ilin dekabr ayında belə bir əməliyyat Almaniyanın Auqsburq şəhərində baş tutmuşdu və bu səbəbdən 54 min insan təxliyə edilmişdi.
 
Aktual.az
Xəbər 261 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR