Allahşükür Paşazadə ölkədəki bütün məscidlərə göstəriş verdi - cəbhədə şəhid olanlarla bağlı

Allahşükür Paşazadə ölkədəki bütün məscidlərə  göstəriş verdi  - cəbhədə şəhid olanlarla bağlı

Qafqaz Müsəlmanları İdarəsində Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyilə bu gün din xadimlərinin birgə iclası keçirilib.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, Şeyxülislam son günlər cəbhə xəttində baş verən hadisələr zamanı şəhid olmuş həmvətənlərimizin ruhuna dualar oxuyub.
O bildirib ki, bu günlər Azərbaycanın bütün məscidlərində şəhidlərimizin əziz xatirəsinə dualar oxunur, ruhları yad edilir, yaralıların tezliklə sağalması dilənir: “Ərazilərimizin Azərbaycan Silahlı Qüvvələrinin apardığı uğurlu əməliyyatlar sayəsində işğaldan azad edilməsi hadisəsinin, dövlət başçısının xalqımızı bu münasibətlə təbrik etməsinin olduqca böyük önəm kəsb edir. Xalqımızın bu mənəvi əhəmiyyət kəsb edən hadisədən qürur və şərəf duymalı olduğunu xüsusi vurğulayıram”.

Ali Baş Komandanın cəbhədəki erməni təxribatı ilə bağlı qətiyyətli mövqeyini din xadimlərinin birmənalı şəkildə dəstəklədiklərini bildirən QMİ sədri həmin fikirlərin məscidlərdə, dini tədbirlərdə təbliğ olunmasının vacibliyini bildirib. Şəhidlərimizin layiqli şəkildə dəfni və dini vacibatlarının yerinə yetirilməsi ilə bağlı QMİ-nin nəzdində aprel ayının 2-dən etibarən xüsusi komissiya-qərargahın yaradılması ilə bağlı məlumat verən Şeyxülislam A.Paşazadə deyib ki, paytaxtda və bölgələrdəki məscidlərə, qazılara, axundlara şəhidlərin şəninə uyğun şəkildə şəri məqamları yerinə yetirilmək tapşırılıb. İdarə rəsmiləri və yerlərdəki səlahiyyətli nümayəndələr bu işə nəzarəti həyata keçirəcəklər.

Xəbər 631 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR