Alban spiker: "Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir"

Alban spiker:

Albaniya münaqişənin Minsk qrupu formatında həll olunmasını və zorakılıq tədbiq etmədən sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsini dəstəkləyir.


Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Albaniya Parlamentinin spikeri İlir Meta Albaniyanın paytaxtı Tiranada keçirilən NATO Parlament Assambleyasının (PA) yaz sessiyasında çıxışında Azərbaycanın Dağlıq Qarabağ regionunda yaranmış son durumla bağlı münasibət bildirərkən deyib.

O qeyd edib ki, Albaniya Respublikası beynəlxalq ictimaiyyətin mövqeyi ilə tam şərikdir ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkib hissəsidir və heç bir münaqişə Qafqaz regionunda yaşayan insanlara yardım etmir.

Xəbər 376 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR