Nəsimi rayonunda görkəmli oftalmoloq, akademik
Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi münasibəti ilə rəsm
sərgisinin açılışı olmuşdur.
Görkəmli oftalmoloq, respublikamızda tibb elminin
inkişafına mühüm töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın anadan
olmasının 95 illiyi paytaxtımızın Nəsimi
rayonunda geniş şəkildə qeyd olunur. Rayonun elm, təhsil və səhiyyə
müəssisələrində görkəmli alimin xatirəsinə həsr olunmuş tədbirlər keçirilir,
sərgi və müxtəlif aksiyalar təşkil olunur.
Əlamətdar günlə bağlı rayon İcra Hakimiyyəti
və Azərbaycan Resublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə "Qalereya 1969”-da görkəmli elm xadiminin əziz xatirəsinə həsr olunmuş
Azərbaycanın tanınmış rəssamlarının əl
işlərindən ibarət sərginin açılış mərasimi keçirilmişdir.
Mərasimdə Mədəniyyət Nazirliyinin və Nəsimi rayon İcra
Hakimiyyətinin rəhbərliyi, tanınmış səhiyyə işçiləri, rayon ictimaiyyətinin,
ağsaqqalların, veteranların, gənclərin nümayəndələri iştirak etmişlər.
Bayramsayağı bəzədilmiş sərgi salonuna
toplaşan qonaqları salamlayan Nəsimi rayon
İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycanın görkəmli alimi, tibb
elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər
Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə
məlumat vermişdir. Qeyd etmişdir ki, akademik Zərifə xanım Əliyeva
respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın
aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ
məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanmışdır. Onun
elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və
Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir.
Ümummillli Lider Heydər Əliyevin ömür gün
yoldaşı olan Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai
xadim, qayğıkeş ana olmuşdur.
Tədbirdə çıxış edən Mədəniyyət Naziri
Əbülfəs Qarayev görkəmli tibb mütəxəssisi, əməkdar elm xadimi, akademik
Zərifə xanım Əliyevanın anadan olmasının
95 illiyinə həsr olunan tədbirin əhəmiyyəti və alimin əziz
xatirəsinə həsr olunan sərginin təşkilində əməyi olanların işindən danışmış,
nümayiş etdirilən rəsm əsərlərini yüksək qiymətləndirmişdir.
Sonra sərgidə nümayiş etdirilən
əsərlərlə tanışlıq olmuşdur. Mərasim
iştirakçıları Azərbaycanın görkəmli rəssamlarından olan Oqtay
Sadıxzadənin «Zərifə xanım Əliyevaının portreti», Altay Sadıxzadənin «Mehriban
xanımın portreti» , həmçinin xalq rəssamları Mikayıl Abdullayevin, Tahir Salahovun,
Maral Rəhmanzadənin, Xalidə Səfərovanın, Səttar Bəhlulzadə, habelə Ucal
Haqverdiyev, Mais Ağabəyov, Elçin Orucov və digər görkəmli rəssamların anaya,
Azərbaycan qadınlarına həsr olunmuş əsərlərinə tamaşa etmişlər. Tədbirdə Bakı
Musiqi Akademiyasının tələbələri Nəzrin
Aslanlı, Fatimə Cəfərzadə, Orxan Cəlilov, Suada
Hacızadə, Atabala Manafzadə və
Pərviz Məmmədov müxtəlif klassik musiqi
nömrələri ilə çıxış etmişlər. Tədbirdə həmçinin Nəsimi rayon məktəbliləri
arasında Zərifə xanım Əliyevanın anadan
olmasının 95-ci ildönümünə həsr edilmiş inşa yazı müsabiqəsinin qalibləri
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən xatirə hədiyyələri ilə
mükafatlandırılmışlar.
Xəbər 922 dəfə oxunub.