Aİ və Azərbaycan arasında yeni danışıqlar başlayacaq

Aİ və Azərbaycan arasında yeni danışıqlar başlayacaq

"Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında yeni sazişlə bağlı danışıqlar üçün mandat bu ilin sonuna kimi verilə bilər".

Aktual.az  bildirir ki, bunu Trend-ə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Nazir müavini bildirib: "Azərbaycan Aİ-nin daxili müzakirələrinə müdaxilə etmir, bütün məsələləri Avropa özü həyata keçirir. Düşünmürəm ki, yeni sazişlə bağlı Avropa İttifaqının mənfi münasibəti olsun".

M.Məmmədquliyevin sözlərinə görə, danışıqlar üçün mandat verildikdən sonra ikitərəfli münasibətlər daha da dərinləşəcək.
 
Aktual.az
Xəbər 386 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR