Aİ rəsmisi: "Bakı qlobal miqyasda şəhərsalma siyasətlərinin mərkəzinə çevriləcək"

Aİ rəsmisi:

Bakı qlobal miqyasda şəhərsalma siyasətlərinin mərkəzinə çevriləcək.
Aktual.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko "X”də yazıb.
O, Azərbaycanı 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasına ev sahibliyi etməsi münasibətilə təbrik edib: "Bu gözəl şəhər Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən irəli sürülən qlobal miqyasda şəhərsalma siyasətlərinin mərkəzinə çevriləcək. Uğurlar arzulayıram!”

Xəbər 306 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR