Aİ minalardan təmizlənməsində Azərbaycana yardımı artırmaq istəyir

Aİ minalardan təmizlənməsində Azərbaycana yardımı artırmaq istəyir

Avropa İttifaqı Qarabağın minalardan təmizlənməsində Azərbaycana yardımı artırmaq niyyətindədir.

Qaynarinfo xəbər verir ki, bu haqda bazar ertəsi Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar xarici işlər naziri Ceyhun Bayramovla görüşündə deyib.

Xüsusi nümayəndə Toivo Klaar Aİ-nin regionda sülh, təhlükəsizlik və tərəqqiyə nail olunması prosesini dəstəkləməyə hazır olduğundan danışıb.

O qeyd edib ki, səfər çərçivəsində Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) nümayəndələri ilə görüş planlaşdırılır. Bu haqda Azərbaycan XİN-in məlumatında deyilir.
Xəbər 357 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR