Aİ ilə Azərbaycan arasında strateji danışıqlar başlayır

Aİ ilə Azərbaycan arasında strateji danışıqlar başlayır

Bu ilin oktyabr ayında Avropa İttifaqının Azərbaycanla strateji tərəfdaşlıq barədə danışıqlara başlamaq üçün mandat verəcəyi gözlənilir.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Mobillik naminə Tərəfdaşlıq üzrə beynəlxalq konfransda bildirib.

Nazir müavini, Aİ-nin keçən il Riqada keçirilən sammitində Azərbaycanla strateji əməkdaşlığa dair saziş layihəsinin təqdim olunduğunu xatırladıb.

O bu sazişin imzalanmasının Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının səviyyəsini artırmağa imkan verəcəyini vurğulayıb.

Nazir müavini, həmçinin ilin ikinci yarısında Aİ-də Azərbaycan üzrə Alt Komitələrin iclasının keçirilməsinin planlaşdırıldığını bildirib: "Biz, həmçinin aviasiya sahəsində Aİ ilə saziş üzrə danışıqları davam etdirməyi planlaşdırırıq".

Xəbər 362 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR