Aİ Azərbaycana 580 milyon avro dəstək verib

Aİ Azərbaycana 580 milyon avro dəstək verib

“Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsi üçün böyük potensial var”.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard deyib. Onun sözlərinə görə, Azərbaycan tvinniq layihələrinin sayına görə, Şərq Tərəfdaşlığı məkanında liderdir: “Layihələrdən 25-i tamamlanıb. İstehlakçıların mühafizəsi, qanunun aliliyi, parlamentə dəstək layihəsində yaxşı nəticələr var. Bütövlükdə Azərbaycanda 43 “tvining” layihəsi keçirilib. Müstəqillik qazandıqdan bu yana Aİ Azərbaycana 580 milyon avro dəstək verib. Azərbaycanla Aİ arasında bir çox sahələrdə çox güclü əməkdaşlıq mövcuddur. Gələcəkdə daha çox və daha yaxşı iş görə biləcəyimiz layihələr həyata keçirəcəyik”.

Xəbər 301 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR