Ağdamda avtomobil qəzası, 20 yaşlı sürücü xəsarət aldı

Ağdamda avtomobil qəzası, 20 yaşlı sürücü xəsarət aldı

Ağdamda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Qarabağ müxbirinin verdiyi məlumata görə, rayonun Əfətli kənd sakini Heydərov Cəmaləddin Fəxrəddin oğlu idarə etdiyi 90 ND 427 dövlət nömrə nişanlı, “VAZ – 21015” markalı maşını yol kənarındakı elektrik dirəyinə çırpıb. Nəticədə 1995-ci il təvəllüdlü sürücü müxtəlif bədən xəsarətləri alıb. O Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsi araşdırma aparır.

Xəbər 425 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR