Abşeronda evdən 40 min manatlıq oğurluq edən şəxs saxlanılıb - FOTO

Abşeronda evdən 40 min manatlıq oğurluq edən şəxs saxlanılıb - FOTO

 Abşeron rayonunun Aşağı Güzdəkqəsəbəsində oğurluq hadisəsi baş verib.

"Report”un Sumqayıt - Abşeron bürosunun məlumatına görə, polisin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində Aşağı Güzdək qəsəbəsində fərdi yaşayış evindən 40 min manat dəyərində oğurluq edən Ramiz Bağırov saxlanılıb.
Araşdırma zamanı məlum olub, saxlanılan şəxs öz həmkəndlisinin evinə girməklə, oradan müxtəlif növdə xalçalar, çılçıraqlar və digər qiymətli əşyalar oğurlayıb. Ümumilikdə vətəndaşa 40 min manat maddi ziyan dəyib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Bundan əvvəl Abşeronda "Playstation” salonlarından oğurluq edən dəstə üzvləri saxlanılıb.



Xəbər 338 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR