ABŞ vətəndaşlarına Venesuelanı tərk etməyi məsləhət görüb

ABŞ vətəndaşlarına Venesuelanı tərk etməyi məsləhət görüb
  • DÜNYA

ABŞ Venesueladakı siyasi böhranın kəskinləşməsi ilə bağlı vətəndaşlarına bu ölkəni tərk etməyi məsləhət görüb.

"Report” TASS-a istinadla xəbər verir ki, bu barədə Dövlət Departamentinin Konsulluq Bürosu "Twitter”dəki səhifəsində qeyd olunub.
Açıqlamada ABŞ hökumətinin hazırkı vəziyyətdə Venesueladakı ABŞ vətəndaşlarına təcili xidmətlər göstərmək imkanının yox dərəcədə olduğu qeyd olunur.
"Venesuelada yaşayan və ya oraya gedən ABŞ vətəndaşları bu ölkəni tərk etmək, yaxud oraya getmək fikrindən daşınmaq barədə ciddi düşünməlidir”, – deyə Dövlət Departamentinin açıqlamasında vurğulanır.
Xəbər 380 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR