ABŞ və Çin ticarət danışıqları üçün vaxt təyin edib

ABŞ və Çin ticarət danışıqları üçün vaxt təyin edib
  • DÜNYA

 ABŞ və Çin ticari fikir ayrılıqlarını müzakirə etmək üçün dekabrın 12-15-də Vaşinqtonda görüş keçirə bilər.

"Report" "Financial Times"a istinadən xəbər verir ki, bu görüş ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Tszinpinarasında Buenos-Ayresdə keçiriləcək görüşün uğurlu olacağı halda baş tutacaq.
Həmçnin Çinin nümayəndə heyətinə ÇXR-nin Baş nazirinin müavini Lyu Henin başçılıq edəcəyi qeyd olunur.
Daha əvvəl "The Wall Street Journal" nəşri yazıb ki, tərəflər ilkin addım olaraq rəsmi Pekinin Çinin iqtisadi siyasətindəki dəyişiklikləri müzakirə etməyə hazır olmasının qarşılığında Vaşinqtonun yaza qədər Çin mallarına rüsumların tətbiqini təxirə salacağı ilə bağlı razılaşa bilərlər.
Xatırladaq ki, Donald Tramp və Si Tszinpin həftə sonu G-20 sammiti çərçivəsində Argentinada görüşəcəklər.
 
Aktual.az
Xəbər 323 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR