ABŞ və Cənubi Koreya birgə hərbi təlimləri bərpa edib

ABŞ və Cənubi Koreya birgə hərbi təlimləri bərpa edib
  • DÜNYA

 ABŞ və Cənubi Koreya KXDR ilə dialoqun inkişaf etdirilməsi və nüvəsizləşdirmənin təşviqi məqsədi ilə son altı ayda dayandırdıqları birgə hərbi təlimlərin keçirilməsini bu gün bərpa ediblər.

Bu barədə Aktual.az-a RİA "Novosti"yə istinadən məlumat verir.
Söhbət Cənubi Koreyanın Kyonsan Pukto əyalətinin sahillərindəki sularda iki həftə ərzində dabam edəcək KEYMEP (ROK-U.S. Korean Marine Exchange Program - KMEP) dəniz piyadaları təlimlərindən gedir.
Cənubi Koreyanın Müdafiə Nazirliyindən bildirilib ki, bu təlimlər iki ölkənin dəniz piyadalarının döyüş qabiliyyətini illik əsasda yoxlamaq məqsədi daşıyır. Qurumdan KXDR-in mümkün reaksiyası barədə şərh verməkldən imtina ediblər.
Nazirlik nə təlimlərdə iştirak edənlərin sayı, nə də iki ölkənin təlimlərə cəlb edilən silahları ilə bağlı məlumatları açıqlamır. Cənubi Koreya KİV-i isə təlimlərə amfibiya tipli döyüş maşınlarının və təxminən, 500 hərbçinin cəlb olunmasının planlaşdırıldığını yazıb.
Qeyd edək ki, daha əvvəl KEYMEP təlimlərinin 2018-ci ilin sentyabr ayına qədər keçirilməsi nəzərdə tutulmuşdu, lakin onlar nüvəsizləşdirmə üzrə dialoqun normallaşmasına dair Pxenyana verilən vədlər ilə əlaqədar təxirə salınmışdı.
Xəbər 285 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR