Birləşmiş Ştatlar “SilkWay” şirkətinə və Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasına təyyarə qəzası baş verən əraziyə çıxış əldə etmək işində kömək edir.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfirlikdən bildirilib ki, Birləşmiş Ştatlar ərazidə mümkün olan istənilən köməkliyi göstərəcək.
Səfirlik təyyarənin qəzaya uğraması zamanı həlak olanların ailələrinə başsağlığı da verib.
Qeyd edək ki, mayın 18-də “SilkWay” şirkətinə məxsus yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. Təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub.
Beynəlxalq heyət tərəfindən idarə edilən təyyarənin ekipajına 5 Azərbaycan, 3 Ukrayna və 1 Özbəkistan vətəndaşı daxil olub. Hadisə zamanı sağ qalan 2 nəfər Ukrayna vətəndaşıdır.
Azərbaycan tərəfi hadisənin səbəblərini araşdırmaq üçün komissiya yaradıb. Komissiya artıq Əfqanıstana yola düşüb.