ABŞ Suriyada savaşa başlaya bilər

ABŞ Suriyada savaşa başlaya bilər

ABŞ Suriyada savaşa başlaya bilər - Trampın səbr kasası daşdı 

"İdlibdə dinc, günahsız insanlara qarşı kimyəvi silahdan istifadə olunması mənim Suriyanın rəhbəri Bəşər Əsədə olan münasibətimi tamamilə dəyişdi. Bu insanla artıq normal danışıqlar aparmaq mümkün deyil".

Milli.az CBS News-ə istinadən bildirir ki, Birləşmiş Ştatların prezidenti Donald Tramp Ağ Evdə İordaniya kralı 2-ci Abdulla və onun xanımı, kraliça Raniyəni qəbul edərkən belə deyib. Daha sonra 2-ci Abdulla ilə birgə mətbuat konfransında D.Tramp söyləyib: "Suriyanın İdlib vilayətində yaşanan faciə bütün bəşəriyyət üçün çox pis, qorxulu təhqir, dünyaya meydan oxumaqdır. Baş verəni əsla qəbul etmirəm. Suriyaya və Əsədə münasibətim kökündən dəyişib".
D.Trampın sözlərinə görə, kimyəvi silahdan istifadə Suriyadakı münaqişəni tamamilə yeni səviyyəyə çıxarıb. O, yaşanmış faciədə Suriya prezidenti Bəşər Əsədi suçlayıb.
Suriyanın İdlib vilayətindəki Xan Şeyhun şəhərinə təyyarələrdən kimyəvi-zəhərləyici maddələrlə dolu bombaların atılması nəticəsində ən azı 58 nəfər həlak olub, 239 nəfər yaralanıb.
İdlibdə baş verənlərə qədər D.Tramp administrasiyası Bəşər Əsədə neytral yanaşırdı.
Ekspertlərin fikrincə, Donald Trampın belə sərt açıqlaması ABŞ-ın Suriyada Bəşər Əsəd rejiminə qarşı hərbi əməliyyatlara bilavasitə qatılması ilə nəticələnə bilər.
 
Aktual.az
Xəbər 334 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR