ABŞ Prezidenti illik müraciətini fevralın 4-də edəcək

ABŞ Prezidenti illik müraciətini fevralın 4-də edəcək
  • DÜNYA

ABŞ Prezidenti Donald Tramp Konqresdə Amerika xalqına "Ölkənin vəziyyəti haqqında” illik müraciətini fevralın 4-də edəcək.

Aktual.az "Report”a istinadən xəbər verir ki, Ağ ev Konqresin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin məhz göstərilən tarixin təklif edildiyi məktubuna cavab verib.
Qeyd edək ki, daha əvvəl N.Pelosi "şatdaun” vəziyyəti həll olunana qədər D.Trampın Konqresdə çıxış etməsinə icazə verməyib. Lakin Demokratlar və Prezident Administrasiyası ən azı üç həftə müddətində hökumətin maliyyələşdirilməsini müvəqqəti bərpa etmək barədə razılığa gəldikdən sonra Ağ Evin rəhbəri Konqresə illik müraciətini etmək üçün dəvət alıb.
"Şatdaun” dövründə isə Tramp Pelosiya rəsmi səfərləri zamanı hərbi təyyarələrdən istifadəni qadağan etmişdi. 
Xəbər 557 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR