ABŞ-nin maliyyə naziri Çinə səfər edəcək

ABŞ-nin maliyyə naziri Çinə səfər edəcək

ABŞ-nin maliyyə naziri Canet Yellen aprelin 3-9-da Çinə səfər edəcək və burada ölkə rəhbərliyinin nümayəndələri ilə görüşəcək.
Aktual.az-ın xəbərinə görə, bu barədə Maliyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Sənəddə qeyd olunur ki, Yellen ikitərəfli görüşlər və digər təmaslar üçün Çinə səfər edəcək. Onun səfəri amerikalı əməkdaşlara və bizneslərə "ədalətli rəftarın” təmin edilməsi, qeyri-qanuni insan alverinə qarşı "mübarizədə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi”, həmçinin "maliyyə sabitliyinin yaradılması”, iqlim problemlərinin həlli və inkişaf etməkdə olan ölkələrin borclarının həlli məqsədi daşıyır.
Səfər zamanı Yellen Çinin Dövlət Şurasının Baş naziri Li Syan, Baş nazirin müavini He Lifen və maliyyə naziri Lan Foan ilə görüşməyi planlaşdırır. Bundan əlavə, onun daha bir neçə ikitərəfli görüşləri, eləcə də iqtisadi ekspertlər və Amerika biznes ictimaiyyətinin nümayəndələri ilə məsləhətləşmələri planlaşdırılır.

Xəbər 95 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR