ABŞ Meksika ilə sərhədə 15 minədək hərbçi yerləşdirəcək

ABŞ Meksika ilə sərhədə 15 minədək hərbçi yerləşdirəcək
  • DÜNYA

ABŞ hökuməti ölkə istiqamətində hərəkətdə olan miqrant axını ilə əlaqədar olaraq öz sərhədlərinin təhlükəsizliyini gücləndirmək üçün Meksika ilə sərhədə 15 minədək hərbçi yerləşdirmək niyyətindədir.


Aktual.az report-a istinadən xəbər verir ki, bunu Amerika lideri Donald Tramp jurnalistlər qarşısında çıxışı zamanı deyib.

"Karvana gəldikdə isə, bizim hərbçilər artıq yerləşdirilib. Bizim orada 5 minə yaxın adamımız var... Biz hərbçilərin sayını 10-15 minə çatdıracağıq", - prezident bildirib.

Bundan əvvəl ABŞ İrandan neft tədarükünə embarqonun müddətini uzadıb.

 
Aktual.az
Xəbər 265 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR