ABŞ İranı sakitləşdirməyə çalışır

ABŞ İranı sakitləşdirməyə çalışır

ABŞ dövlət katibi Antoni Blinken bir sıra ölkələrin rəsimləri ilə təmasları zamanı İranı İsraillə münaqişəni gərginləşdirməkdən çəkinməyin vacibliyini izah etməyə çağırıb.
Aktual.az-ın məlumatına görə, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller növbəti brifinqdə bildirib.
Xarici İşlər Nazirliyinin nümayəndəsi ABŞ-ın təmasda olduğu ölkələr arasında Türkiyə, Səudiyyə Ərəbistanı və Çinin adını çəkib. O aydınlaşdırıb ki, Avropa ölkələri ilə də diplomatik qarşılıqlı fəaliyyət aparılır.
Onun sözlərinə görə, Vaşinqton bundan sonra da Tehrana vəziyyəti gərginləşdirməyin nə onun, nə də Yaxın Şərqdəki digər ölkələrin maraqlarına uyğun olduğunu çatdırmağa çalışacaq: "Ümid edirik ki, digər tərəfdaşlar da bu mesajı İrana çatdıracaqlar”.

Xəbər 132 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR