ABŞ-ın vitse-prezidenti aparatının əməkdaşı koronavirusa yoluxdu

ABŞ-ın vitse-prezidenti aparatının əməkdaşı koronavirusa yoluxdu

ABŞ-ın vitse-prezidenti Maykl Pensin aparatının əməkdaşında koronavirus aşkarlanıb.
"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə vitse-prezidentin mətbuat katibi Keti Millerin bəyanatında deyilir.
Qeyd edilir ki, nə Pens özü, nə də prezident Donald Tramp bu insanla yaxın əlaqələrə malikdir.
"Bu axşam bizə xəbərdarlıq etdilər ki, vitse-prezident aparatı əməkdaşının koronavirusa yoluxması təsdiqlənib. Nə prezident Tramp, nə vitse-prezident Pens bu insanla sıx əlaqələrə malikdir", - sənəddə qeyd edilir.
Birləşmiş Ştatlarda federal hakimiyyətin və ştatlar hakimiyyətinin məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universitetinin informasiyasına əsasən, ABŞ-da koronavirusa yoluxma hallarının sayı 18 563-ə qədər artıb. Birləşmiş Ştatlarda COVİD-19-dan azı 227nəfər ölüb, 121 nəfər sağalıb
Xəbər 469 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR