ABŞ-ın torpaq maqnatlarının adları açıqlanıb

ABŞ-ın torpaq maqnatlarının adları açıqlanıb
  • DÜNYA

Amerika Birləşmiş Ştatlarında şəxsi torpaq sahibi olan 50 nəfərin ərazilərinin ümumi səth sahəsi 125 545 kv.km-ə çatıb.

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, onların sahib olduqları torpaq sahəsi ABŞ ərazisinin 1,4%-ni təşkil edir.
Qeyd edək ki, ABŞ-ın kabel televiziyası təminatçısı "Tele-Communications Inc."in (TCI) sahibi John Malone siyahıda 8 903 kv.km ərazi ilə birinci, "CNN" qurucusu Ted Turner isə 8 094 kv.km-lə ikinci yerdə, Emmerson ailəsi isə 7 916 kv.km-lə üçüncü yerdə qərarlaşıb.
Dünyanın ən böyük onlayn alış-veriş şirkəti olan "Amazon"un qurucusu Jeff Bezos 1 700 kv.km-lə 28-ci yerdə qərarlaşıb.
Xatırladaq ki, ABŞ-ın torpaq maqnatlarının sahib olduqları umumi torpaq sahəsi Azərbaycanın ərazisindən təxminən 45% çoxdur.
Xəbər 585 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR