ABŞ İranla müharibədə təyyarə və PUA itkilərini açıqlayıb.
Aktual.az xəbər verir ki, bu barədə Konqresin Audit Ofisinin hesabatında deyilib.
Məlumata görə, ABŞ-ın İrana qarşı hərbi əməliyyatı zamanı Amerika HHQ 42 texnika itirib:
"Bu itkiyə təyyarələr, helikopterlər və dronlar daxildir. Onların arasında 4 ədəd "F-15E Strike Eagle” qırıcısı, 1 ədəd "F-35A Lightning II”, 1 ədəd "A-10 Thunderbolt II” hücum təyyarəsi və 7 ədəd "KC-135 Stratotanker” tanker təyyarəsi, 2 ədəd "MC-130J Commando II” xüsusi əməliyyat təyyarəsi və 1 ədəd "E-3 Sentry” havadan erkən xəbərdarlıq və idarəetmə sistemi var.
Siyahıya 1 ədəd "HH-60W Jolly Green II” helikopteri, 24 ədəd "MQ-9 Reaper” dronu və 1 ədəd "MQ-4C Triton” dronu daxildir”.
Xəbər 43 dəfə oxunub.