ABŞ-ın cənub sərhədi tam bağlana bilər

ABŞ-ın cənub sərhədi tam bağlana bilər
  • DÜNYA

ABŞ Prezidenti Donald Tramp ölkənin cənub sərhədinin tam şəkildə bağlana biləcəyini istisna etməyib.

"Report” bu barədə "RİA Novosti”yə istinadən xəbər verir.
"Əgər bu demokratlar tərslikdən əl çəkməyib divar inşası üçün bizə vəsait verməsələr, həm də ölkəmiz üzərində yükə çevrilən mənasız immiqrasiya qanunlarını dəyişdirməyə qoymasalar, cənub sərhədini tamamilə bağlamalı olacağıq. Belə bir şeyə tərəfdar çıxacaq Konqresi və Prezidenti təsəvvür etmək olmur”, - deyə dövlət başçısı "Twitter”dəki səhifəsində yazıb.
Xatırladaq ki, növbəti ilin büdcəsi Konqresdə təsdiq olunmadığından dekabrın 22-də bəzi federal idarələr fəaliyyətini qismən dayandırıb, yəni "shotdown” deyilən rejim qüvvəyə minib.
D.Tramp Meksika sərhədində divar inşası üçün 5 milyard dollar vəsaitin nəzərdə tutulmadığı büdcəni təsdiqləməyəcəyini açıqladığı halda, müxalifətdəki demokratlar bunu israfçılıq kimi qəbul edərək razılıq vermək niyyətində deyillər.
Konqresdə büdcə müzakirəsinin yanvarın 3-dən davam etdiriləcəyi gözlənilir.
 
Aktual.az
Xəbər 373 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR