ABŞ hərbi gəmisi yük gəmisi ilə toqquşdu: Xəsarət alan və itkin düşənlər var

ABŞ hərbi gəmisi yük gəmisi ilə toqquşdu: Xəsarət alan və itkin düşənlər var
  • DÜNYA

Malayziya sahilləri yaxınlığında ABŞ-a məxsus "John S. McCain”  hərbi gəmisinin yük gəmisi ilə toqquşması nəticəsində 5 nəfər xəsarət alıb, 10 nəfər itkin düşmüş hesab edilir.

Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin yaydığı açıqlamada bildirilir.
"Hazırda 10 hərbçi itkin düşmüş hesab olunur, 5-i müxtəlif dərəcəli xəsarət alıb”, -deyə məlumatda deyilir. Esminets Sinqapura yollanarkən Liberiya bayrağı altında üzən "Alnic MC” adlı tankerlə toqquşaraq zədələnib. Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir. Hadisə ilə əlaqədar araşdırma aparılır.  
 
Aktual.az
Xəbər 326 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR