ABŞ-dan Qarabağla bağlı TƏXRİBAT – Ağ Ev daxili işlərimizə niyə QARIŞIR?

ABŞ-dan Qarabağla bağlı TƏXRİBAT – Ağ Ev daxili işlərimizə niyə QARIŞIR?

Dünən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim Azərbaycanın daxili işlərinə müdaxilə edən açıqlamalarla çıxış edib.

O, Birləşmiş Ştatlar Laçın dəhlizinin "indi açılmalı olduğunu” və danışıqlar aparıla bilməyəcəyini, eyni zamanda ABŞ-ın Dağlıq Qarabağ ermənilərinin etnik təmizləməsinə dözməyəcəyini bildirib:

"Laçın yolu indi açılmalıdır. Digər marşrutlar da açıla bilər, lakin Laçın yolu açılmalıdır, bu, müzakirə edilə bilməz. Biz status-kvonu tamamilə qəbuledilməz hesab edirik. Qətnamə əldə etməyincə işi dayandırmayacağıq. Biz ardıcıl olaraq deyirik ki, o dəhliz kommersiya, humanitar və şəxsi daşımalara açılmalıdır. Biz bu mesajı həm açıq, həm də özəl şəkildə Azərbaycan hökumətinin bütün səviyyələrinə dəfələrlə çatdırmışıq. Qida, dərman, körpə formulası və enerjiyə çıxış heç vaxt girov tutulmamalıdır”.

Görəsən, Vaşinqton nəyə əsasən Azərbaycanın daxili işlərinə müdaxilə edir?

Bizim.Media-ya açıqlamasında BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirir ki, ABŞ rəsmisinin belə bir açıqlama ilə çıxış etməsi beynəlxalq hüququ ayaq altına atmaq deməkdir:

"Azərbaycanla bağlı verilən bu bəyanat bütün dəyərlərin kökündən pozulması deməkdir. Ermənistan 30 il Azərbaycan torpaqlarını işğal altında saxladı. Amma həmin dövrdə ABŞ bir dəfə də olsun işğalçıya qarşı çıxış etmədi. Vaşinqton Ukrayna məsələsinə görə, Rusiyanı işğalçı hesab edir. Düz edir. Amma digər işğalçı olan Ermənistanı isə dəstəkləyir, ona maliyyə yardımı edir. ABŞ bununla səmimi olmadığını ortaya qoyur”.

Niyaməddin Orduxanlının fikrincə, ABŞ Qarabağda yenidən müharibənin olmamasını istəyirsə, burada yaşayan erməni sakinlərinin Azərbaycana inteqrasiyası prosesinə dəstək verməlidir:

"Laçın Azərbaycan ərazisidir. Azərbaycan onunla bağlı hər hansı bir qərar verməkdə tam azaddır. Bu onun müstəqil hüququdur. Ermənistandan Qarabağdakı terrorçulara gizli yollarla silah-sursat daşınır. Belə olan halda ABŞ-ın Laçın dəhlizilə bağlı hay-küyü onun terrorçuları dəstəklədiyinin göstəricisidir.
ABŞ 1992-ci ildə Azərbaycana "907-ci düzəlişi” tətbiq etdi. Onlar bununla işğala məruz qalan ölkəyə sanksiya tətbiq etdilər. İşğalçı isə kənarda qaldı. Bu da dünyada anoloqu olmayan haldır. Tarixin ən layəqətsiz səhifəsi idi ki, onu da Amerika yaratdı. ABŞ indi də anlamır ki, ərazi bütövlüyünün bərpası üçün Azərbaycan xalqı hər cür fədakarlığa hazırdır”.

Xəbər 1121 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR