ABŞ-dan İrana xəbərdarlıq: Qisas olarsa... - Şok

ABŞ-dan İrana xəbərdarlıq: Qisas olarsa... - Şok

BŞ BMT-nin Təhlükəsizlik Şurasının iclasında İranın qisas əməliyyatları barədə bəyanatlarına görə Tehrana xəbərdarlıq edib.
Aktual.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud deyib.
O, İsrailin Dəməşqdə İran konsulluğuna hücum barədə əvvəlcədən ABŞ-a məlumat vermədiyini bildirərək, İranın ABŞ-ı ittiham etməsini absurd adlandırıb. Ölkəsinin bu hücumda heç bir rolunun olmadığını növbəti dəfə vurğulayan Vud Tehran hökumətinə xəbərdarlıq edib:
"Şəxsi heyətimizi müdafiə etməkdən çəkinməyəcəyik və İrana, onun proksi qüvvələrinə əvvəlki xəbərdarlıqlarımızı təkrarlamayacağıq. ABŞ qüvvələrinə hücumları bərpa etmək üçün bizim heç bir iştirakımız və ya məlumatımız olmayan hücumdan bəhanə kimi istifadə edilməməlidir”.
O, hədəf alınan binada olan iranlı hərbçilərin terror əməliyyatı planlaşdırdıqlarını bildirib.
Xəbər 121 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR