"ABŞ hadisənin əsas səbəbinin təhlilində kömək etməyə hazırdır"
ABŞ-ın xüsusi elçisi və beynəlxalq enerji koordinatoru Amos Hokstayn energetika naziri Natiq Əliyevə başsağlığı məktubu göndərib.
Aktual.az Energetika Nazirliyinin saytına istinadən xəbər verir ki, A. Hokstayn “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həyatını itirənlərə dərin hüznlə başsağlığı verərək, xəsarət alanlara şəfa diləyib.
Amerikalı koordinator qəzanın təhlili və bərpa işləri ilə əlaqədar Azərbaycana ölkəsinin köməyini də təklif edib: "ABŞ Daxili İşlər Nazirliyinin Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi Bürosu hadisənin əsas səbəbinin təhlilində kömək etməyə hazırdır".