ABŞ-dakı soydaşlarımız ermənilərin aksiya planını pozublar    — FOTOLAR

ABŞ-dakı soydaşlarımız ermənilərin aksiya planını pozublar     — FOTOLAR

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycanın bu ölkədəki Səfirliyinin binasının önündə Birləşmiş Ştatların müxtəlif ştat və şəhərlərində yaşayan Azərbaycan icmasının üzvləri ilə ermənilər üz-üzə gəliblər.
"Report"un yerli bürosu xəbər verir ki, ermənilərin Azərbaycanın səfirlik binasının önündə aksiya keçirəcəyini bilən həmvətənlərimiz ölkəmizə dəstək üçün səfirlik binasının önünə toplaşıblar.
Onlar bayraqlarla səfirlik binasının önünə sipər çəkiblər. Həmvətənlərimiz bununla belə ermənilərin təhrikediçi davranışları qarşısında təmkinli olmağa çalışıblar. Aksiya insidentsiz ötüşüb.
Ermənilər azərbaycanlıların səsləndirdikləri faktlar qarşısında səssiz qalıblar. Üç saatdan çox davam edən və yüzlərlərlə azərbaycanlının iştirak etdiyi aksiyaya qarşı tərəfdən cəmi 30-35 erməni qatılıb. İştirakçılar arasında Cənubi Azərbaycandan və Türkiyədən, eyni zamanda ABŞ ictimaiyyətindən xeyli sayda dəstəkçi olub. Aksiyada nümayişçilər "Ya Qarabağ, ya ölüm!”, "Azərbaycan, biz səninləyik!", "Azərbaycan torpaqlarından əl çəkin!”, "Erməni terroruna son!” şüarlarını səsləndiriblər. Plakatlarda erməni təxribatlarının əks olunduğu tarixi faktlar, ermənilərin təcavüzü nəticəsində qətl edilən körpələrin şəkilləri yer alıb.
Azərbaycanın ABŞ-dakı səfir Elin Süleymanov soydaşlarımızı səfrliyin binasında qəbul edib. Diplomat  onlara nümayiş etdirdikləri vətənpərvərliyə görə Azərbsaycan dövləti adından təşəkkürünü bildirib.



Xəbər 206 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR