ABŞ-da atışma zamanı 12 nəfər öldürülüb, daha 6 nəfər yaralanıb - VİDEO – FOTO

ABŞ-da atışma zamanı 12 nəfər öldürülüb, daha 6 nəfər yaralanıb - VİDEO – FOTO

ABŞ-ın kurort şəhəri Virciniya-Biç şəhərində baş vermiş atışma zamanı ölənlərin sayı 12 nəfərə çatıb.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şəhərin polis rəisi Cim Server bildirib.
"Biz əvvəlcə 11 nəfərin öldüyünü xəbər verdik. Daha 1 nəfər xəstəxanaya aparılarkən yolda öldü”, – deyə Server bildirib. O, qeyd edib ki, yaralılardan 4-ü hazırda xəstəxananın cərrahi əməliyyat stolundadır.
Polisin son məlumatına görə, bələdiyyə binasında atəşi yerli özünü idarəetmə orqanının yüksək təcrübəli işçisi açıb. Hadisəni törədən öldürülüb.
Daha əvvəl ABŞ-da baş vermiş atışma zamanı 7 nəfər xəsarət alıb.  





 
 
 
 
 
 
 
 
Xəbər 461 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR