ABŞ beş ölkəyə “F-35” qırıcısı sata bilər

ABŞ beş ölkəyə “F-35” qırıcısı sata bilər

Amerika Birləşmiş Ştatları 5-ci nəsli "F-35” qırıcı-bombardmançı təyyarələrini tədarük edəcəyi ölkələrin siyahısının genişləndirilməsi imkanlarını nəzərdən keçirir.
 
 "Report” xəbər verir ki, bu barədə "Reuters” agentliyi ABŞ müdafiə Nazirliyinin nümayəndəsinin fikirlərinə istinadən məlumat yayıb.
"F-35” qırıcı təyyarələrinin yaradılması proqramına rəhbərlik edən vitse-admiral Mattias Uinter isə bildirib ki, təyyarələrin gələcəkdə potensial xarici alıcıları Sinqapur, Yunanıstan, Rumıniya, İspaniya və Polşa olacaq.
Qeyd edək ki, ABŞ Türkiyənin Rusiyadan S-400 raketləri alması ilə əlaqədar bu ölkəyə "F-35″ təyyarələri üçün hissələrin tədarükünü dayandırıb. Türkiyə azı 100 ədəd "F-35 Lightining II” satın almaq niyyətindədir. Satınalma ABŞ-ın himayəsi ilə "F-35″lərin hazırlanması üzrə çoxmillətli proqram çərçivəsində həyata keçirilir.
Xəbər 244 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR