Abidələrlə bağlı yeni qaydalar qəbul edildi

Abidələrlə bağlı yeni qaydalar qəbul edildi

Azərbaycanda yeni tapılan abidələrlə bağlı yeni qaydalar müəyyənləşir.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, inşaat işləri görülərkən abidə aşkar edilərsə, işlər dayandırılacaq və iki ay müdddətində tədqiqatlar aparılacaq. Qanuna əsasən, inşaat və digər təsərrüfat işləri görülərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanlarına və Azərbaycan Milli Elmlər Akademiyasına məlumat verilməlidir.

Müvafiq orqanlara məlumat verildikdən sonra həmin orqanlar və elmi təşkilatlar tərəfindən iki ay müdddətində bu qanunla nəzərdə tutulmuş tədqiqatlar aparılmalı və digər tədbirlər görülməlidir.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.
 
Aktual.az
Xəbər 383 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR