9 mindən çox bakalavr imtahan verəcək

9 mindən çox bakalavr imtahan verəcək

Dövlət İmtahan Mərkəzi iyunun 4-də 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirəcək.

DİM-dən Aktual.az-a  bildirilib ki, bakalavrlar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini, "Bakalavrın imtahana buraxılış vərəqəsi”ni mütləq özləri ilə gətirməlidir. Göstərilən sənədlər arasında uyğunsuzluq olarsa, yaxud həmin sənədlərdən biri olmazsa, bakalavr imtahana buraxılmayacaq.
İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunur (bəzi proqramlar üzrə isə bakalavrlar yazılı imtahan verəcəklər). Hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
Qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi 2017-ci il mayın 4-dən 22-dək aparılıb və 9522 nəfər qəbul proqramını seçərək təsdiqləyib. Onlardan 8664 nəfəri Azərbaycan bölməsi, 858 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrların 4027 nəfərini oğlanlar, 5495 nəfərini qızlar təşkil edir. 5621 nəfər ali təhsil müəssisələrinin builki, 3901 nəfər isə əvvəlki illərin məzunudur. 19 bakalavr xarici ölkə vətəndaşıdır.
İmtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 29 imtahan binasında aparılacaq.İmtahan bütün binalarda eyni vaxtda – saat 13:00-da başlanır və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır. Bakalavrlar imtahanda iştirak etmək üçün DİM-in internet saytına daxil olaraq istifadəçi adı və paroldan istifadə etməklə "Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Burada bakalavrların imtahan verəcəyi şəhər, bina və digər zəruri məlumatlar qeyd olunur.
 
 Aktual.az
Xəbər 227 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR