9 ayda 40 minə yaxın şəxsə əlillik verildi

9 ayda 40 minə yaxın şəxsə əlillik verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində 40 minədək şəxsə əlillik təyin edilib.

Bu barədə Aktual.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 16,3 min şəxsə ilkin, 23,6 min şəxsə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, tibb müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.
Xəbər 45 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR