80 nəfər terrorçulardan xilas edildi

80 nəfər terrorçulardan xilas edildi
  • DÜNYA

Əfqanıstanın polis əməkdaşları "Taliban" terrorçuları tərəfindən ölkənin şimal-qərbində yerləşən Fəryab əyalətində oğurlanan 80 nəfəri uğurlu əməliyyat nəticəsində azad edib.

Aktual.az Report-a istinadən xəbər verir ki, terrorçular bazar günü içərisində dinc sakinlərin olduğu iki avtobusu saxlayaraq oradakı bütün insanları oğurlayıblar.

Polis girov götürülən insanların axtarışı və azad edilməsi üzrə əməliyyata başlayıb. Bir neçə saatdan sonra o, uğurla başa çatdırılıb. Bununla belə, onların bildirdiyinə görə, iki nəfər hələ də taliblərin girovluğunda qalmaqdadır.

Xəbər 279 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR