8 yaşdan yuxarı 58 uşaq I sinfə gedəcək - RƏSMİ

8 yaşdan yuxarı 58 uşaq I sinfə gedəcək   - RƏSMİ

“Bu günə olan məlumata əsasən, Bakı şəhəri üzrə I sinfə qəbulla bağlı 42134 uşaq qeydiyyatdan keçib”.

Aktual.az xəbər verir ki, Bakı Şəhər Təhsil İdarəsindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeydiyyatdan keçən uşaqlardan 22472-si oğlan, 19662-si isə qızdır. Bu müddət ərzində qeydiyyatdan keçənlərdən 3382 nəfəri 6 yaşı tamam olmayandır.

8 yaşdan yuxarı 58 uşaq I sinfə qəbulla bağlı elektron qeydiyyatdan keçib. 37097 nəfər valideyn məktəb, lisey və gimnaziyalara sorğu yerləşdirib. Onlardan 33896 nəfəri övladlarının təhsil alması üçün ümumtəhsil məktəblərini, 3201 nəfəri isə lisey və gimnaziyaları seçib.

Təhsil nazirinin 19 fevral 2016-cı il tarixli, 108 nömrəli əmrinə əsasən, 2016-2017-ci dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçirilməsi prosesinə 1 mart 2016-cı il tarixdən başlanılıb.

Uşaqların I sinfə qəbulu prosesi 15 sentyabr 2016-cı il tarixinədək davam edəcək.

Xəbər 393 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR